"Tottenhem" klubunun qapıçısı Uqo Lloris karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

 Offsideplus.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, 36 yaşlı qolkiper "Latsio"ya keçməyə yaxındır.

Hazırda tərəflər arasında danışıqlar aparılır.

Fransalı "əlcək sahibi"nin "Latsio" ilə iki illik müqavilə bağlayacağı gözlənilir.