"Çelsi"nin mərkəz hücumçusu Armando Broya karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, 21 yaşlı albaniyalı forvard "Roma"ya keçməyə yaxındır.
"Canavarlar"ın baş məşqçisi Joze Mourinyo şəxsən futbolçu ilə təmasa keçib və onu sərəncamında görmək istəyir.
Broyanın "Çelsi" ilə 2028-ci ilədək müqaviləsi var.