İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, Turin təmsilçisi, "Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti üçün hərəkətə keçib.

30 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edən "Qoca sinyora" artıq "Arsenal"la danışıqlara başlayıb.

Qeyd edək ki, Partinin "topçular2la 2025-ci ilədək müqaviləsi var.