İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, A Seriyası təmsilçisi, "Valensiya"nın mərkəz yarımmüdafiəçisi Yunus Musanı transfer edəcək.

Artıq 20 yaşlı futbolçunun keçidi üçün hər şey hazırdır.

ABŞ-li oyunçu artıq "Milan"da forma nömrəsini də seçib. Belə ki, o, "rossonyerlər"in əfsanəvi sabiq futbolçusu Ronaldinyo kimi 80 nömrəli futbolkada çıxış edəcək.

Bildirək ki, Yunus Musanın adı xarici mətbuatda "yeni Ronaldinyo" olaraq qeyd edilir.