İtaliyanın "Roma" klubunda ayrılıq yaşanıb.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "canavarlar"ın sağ cinah müdafiəçisi Brayan Reynolds komandadan ayrılıb.

Onun yeni klubu da bəllidir.

22 yaşlı ABŞ-li futbolçu Belçikanın "Vesterlo" klubuna keçib.