“Milan” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Offsideplus.az xəbər verir ki, “rossoneri”lər “Vilyarreal”ın hücumçusu Samuel Çukvueseni transfer edib.

24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Milan təmsilçisi nigeriyalının transferi üçün qarşı tərəfə 20 milyon avro ödəyib (əlavə olaraq 8 milyon avro bonus).