"Milan" klubu heyətinə yeni futbolçu qatıb.

 Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi "Zalsburq"dan Noa Okaforu transfer edib. 23 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Okafor 2020-ci ildən "Salzburq"da oynayırdı və bu müddətdə 110 oyunda 34 qol vurub. O, 2019-cu ildən İsveçrə millisinin üzvüdür.