Romelu Lukaku Londona yollanıb.
Offsideplus.az xəbər verir ki, belçikalı hücumçu gələcək karyerası barədə tezliklə qərar verəcək. Futbolçu ilə ərəb, "Yuventus" klubları maraqlanır.
"Curva Nord" "İnter" azarkeş qrupu isə Lukaku barədə bəyanat yayıb.
"Bir də bir-birimizi görməyək, Lukaku. Sən hamımıza xəyanət etdin. Həmişə səni çətin anlarında müdafiə etdik, sən isə indi bizi bıçaqladın. Bizim loqomuzu öpəndən sonra özünü ən böyük məbləğə satırsan. Sən əsl kişi deyilsən", - deyə qrup Lukakunun "İnter"ə dönməsini istəmədiklərini bildiriblər.