İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi, "İnter"in qapıçısı Andre Onananın keçidini tamamlamaq üzrədir.

Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.

"Qırmızı şeytanlar" 27 yaşlı kamerunlu qolkiper üçün 47 milyon funt sterlinq ödəyəcək.