İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi hücumçu Lukaş Teodorçiki heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu Belçikanın “Anderlext” klubundan transfer olunub. “Udineze” polşalı futbolçunun transferi üçün 7 milyon avrosundan keçib.

Teodorçik ötən mövsüm “Anderlext”in heyətində 33 matça çıxıb, 15 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Polşa yığmasının da şərəfini qoruyan forvard, 2016-cı ildən “Anderlext”də çıxış edirdi. O, daha öncə Kiyev “Dinamo”sunda da forma geyinib.(komanda.az)