İtaliyanın "Milan" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, A Seriyası təmsilçisi, "Çelsi"dən ayrılmağa hazırlaşan Kristian Pulişiçi transfer edəcək.

Məlumata görə, "rossonyerlər" ABŞ-li vinger üçün 19 milyon avro ödəyəcək.