"Milan" "Çelsi"nin futbolçusu Kristian Pulişiçi heyətinə qatmaqda israrlıdır.

 Offsideplus.az "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızı-qaralar" 24 yaşlı vinger üçün 14 milyon avroluq ilk təklifini London təmsilçisinə bildirib. Mənbəyə görə, bir neçə klubun transfer siyahısında olan Pulişiç üçün "zadəganlar" daha yüksək təklif gözləyir.

ABŞ millisində də çıxış edən futbolçunun "Çelsi" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Fəqan İbrahimli