"Yuventus" klubu sıralarrına yeni oyunçu qatıb.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi "Lill"dən Timoti Veanı alıb. 23 yaşlı hücumçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. Keçid "Yuventus"a 10,3 milyon avroya başa gəlib. Bu məbləğ 2 il ərzində ödəniləcək.

Mümkün bonus ödənişlərinin məbləği 2,1 milyon avrodur.