Ruben Loftus-Çik karyerasını "Milan"da davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, oyunçu cümə axşamı Milan şəhərinə yollanıb, tibbi müayinədən keçəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

A Seriyası klubu Ruben üçün "Çelsi"yə 16 milyon avro və 4 milyon avro bonus ödəyəcək.