İtaliyanın "Milan" klubu bugünlərdə komandadan ayrılan Sandro Tonaliyə əvəzləyici tapıb.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, A Seriyası təmsilçisi onu "Çelsi"nin yarımmüdafiəçisi Ruben Loftus-Çiklə əvəzləyəcək. 

Məlumata görə, tərəflər artıq 17 milyon avroya razılaşıblar.

Xatırladaq ki, Sandro Tonali İngiltərənin "Nyukasl Yunayted" klubuna keçib.