İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Sandro Tonali karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 23 yaşlı futbolçu "Nyukasl Yunayted"ə keçməyə razılıq verib.

O, bu yay İngiltərəyə köçə bilər. 

Bildirək ki, Tonalinin "Milan"la 2027-ci ilədək müqaviləsi var.