İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Gazzetta dello Sport"a istinadla xəbər verir ki, Turin təmsilçisi, "Çelsi"nin vingeri Kristian Pulişiç üçün hərəkətə keçib.

"Qoca sinyora" rəhbərliyi 24 yaşlı ABŞ-li futbolçunu yayda heyətinə qatmaq niyyətindədir.

Bununla da, "Yuventus" Pulişiçi transfer etmək istəyən "Milan" və "Napoli"yə "bazar"da əsas rəqibdir.