Cari mövsümü icarə əsasında "Yuventus"da başa vuran Arkadiuş Milik İtaliyada qala bilər.

 Offsideplus.az xəbər verir ki, müqavilə ilə Marsel "Olimpik"inə məxsus olan polşalı hücumçunun xidmətində "Latsio" maraqlıdır. Bu barədə "La Repubblica" nəşri məlumat yayıb. 

Xəbərə görə, paytaxt təmsilçisi 29 yaşlı forvard üçün 10 milyon avrosundan keçməyə hazırdır.

Qeyd edək ki, Milik "Yuventus"un heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 9 qol və 1 qol ötürməsi ilə fərqlənib.

Fəqan İbrahimli