“Yuventus” futbolçusu Miralem Pyaniçlə müqaviləni yeniləyib.
Offsideplus.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçinin yeni müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Pyaniçin yeni müqavilə ilə illik 7 milyon avro qazanacağı bildirilib.
“Real”, “Barselona”, PSJ və “Mançester Siti” kimi klublar 28 yaşlı futbolçu ilə maraqlanırdı.
Qeyd edək ki, ötən mövsüm İtaliya A Seriyasında 31 oyuna çıxan Pyaniç 5 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.(qol.az)