"Napoli"nin baş məşqçisi Luçiano Spaletti vəzifəsindən gedəcək. 

Offsideplus.az xəbər verir ki, bu barədə mütəxəssisin özü açıqlayıb: 

"Bəzən çox sevdiyinə görə yollarını ayırırsan. Komandada qalmayacam, gedirəm. Fikrimi dəyişməyəcəm. Həftələr öncə klub rəhbərliyinə bildirdim ki, bir illik istirahətə ehtiyacım var. Başqa klubda çalışmayacam. Bir il istirahət edəcəm".

Qeyd edək ki, "Napoli" cari mövsüm İtaliya çempionu olub.

 

Günay Xəlil