"Yuventus" klubunun sağ cinah vingeri Anxel di Mariya komandadakı gələcək karyerası barədə qərarını verib.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 35 yaşlı argentinalı futbolçu Turin təmsilçisi ilə yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, onun müqaviləsinin müddəti gələn ayın 30-da başa çatır.