Sergey Milinkoviç-Saviç "Latsio"dan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Klubun icraçı direktoru Tare serbiyalı yarımmüdafiəçinin gələcəyi ilə bağlı bu sözləri deyib:
"Görüşüb, məsələni müzakirə edəcəyik. Hər şey mümkündür, Sergey başqa kluba da satıla bilər. O, klubu, baş məşqçini və prezidenti sevir və hörmət edir".
Qeyd edək ki, Sergeyin "Latsio" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır.