İngiltərənin "Nyukasl Yunayted" klubunun qapıçısı Loris Karius karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

 Offsideplus.az "İnterLive"yə istinadla xəbər verir ki, 29 yaşlı almaniyalı qolkiper "İnter"lə danışıqlar aparır.

Qeyd edək ki, Kariusun "Nyukasl"la müqaviləsi 30 iyunda bitir.