"Yuventus" qış transfer pəncərəsində 2 transfer etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Turin klubunun maraqlandığı futbolçular "Arsenal"ın yarımmüdafiəçisi Mesut Özillə, "Tottenhem"ın xavbeki Kristian Eriksondur. Transferlərdən ancaq biri reallaşarsa, o zaman klub Miralem Pyaniçlə müqavilə müqddətini uzatmağa çalışacaq. Əgər hər ikisi baş tutarsa Pyaniçin "Barselona"ya keçidi gündəmə gələ bilər.
Xatırladaq ki, "Yuventus" Çempionlar Liqasının 1/8 finalında "TottenhEm"lə qarşılaşacaq.