"Çelsi"dən icarə əsasında "İnter"də çıxış edən Romelu Lukakunun gələcəyi ilə bağlı bir yenilik yoxdur.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Belçikalı hücumçunun gələcək karyerası ilə bağlı qərar cari mövsümün sonunda veriləcək.
Klub növbəti sezon Çempionlar Liqasında iştirak edib-etməyəcəkləri və baş məşqçinin kimliyi dəqiqləşdikdən sonra Lukaku barədə qərar verəcək.