İtaliya A Seriyasının XXVIII turunda "Empoli" - "Leççe" matçından öncə stadionda yanğın baş verib. 

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qonaq komandanın paltardəyişmə otağında yanğın çıxıb. Yanğınsöndürənlər tərəfindən qarşısı alının yanğından sonra matçın başlama saatı ləngiyib. 

Belə ki, görüş 1 saat gec başlayıb.