“Sampdoriya” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az  xəbər verir ki, Genuya təmsilçisi “Lids Yunayted”in müdafiəçisi Ronaldo Vieyranı transfer edib. İtalyanlar bu keçid üçün qarşı tərəfə 6,5 milyon avro ödəyiblər.

Ancaq burada maraqlı məqam qvineyalı futbolçunun transferi deyil, “Sampdoriya”nın təqdimatıdır. Klubun rəsmi “Twitter” səhifəsi yeni oyunçunu ictimaiyyətə bir müddət öncə Kriştiano Ronaldonu heyətinə qatan “Yuventus” kimi təqdim edib. Şəkilin altında isə “Biz Ronaldonu transfer etdik” yazıb.