“Roma” klubu “Fənərbağça”nın ulduz futbolçusu Migel Kresponu transfer etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi bir müddətdir ki, Kresponu izləyir. "Canavarlar"ın baş məşqçisi Joze Mourinyo bu transferin baş tutmasında israrlıdır.
“Roma”nın skautları yarımmüdafiəçinin son vaxtlar göstərdiyi uğurlu performansdan məmnun qalıb.
Qeyd edək ki, Kresponun "Fənərbağça" ilə müqaviləsi 2024-cü ildə başa çatır.