“Napoli” klubu İtaliya A Seriyasının 25-ci turunda “Latsio”ya doğma meydanda 0:1 hesabıyla uduzub.

Offsideplus.az xəbər verir ki, bununla da, Neapol təmsilçisinin evdə keçirdiyi çempionat matçlarında təxminən bir ilə yaxın davam edən məğlubiyyətsizlik seriyası sona çatıb.

Bu müddət ərzində Luçano Spalettinin futbolçuları A Seriyasında 12 qələbə qazanıb, iki dəfə heç-heçəyə razılaşıb.

Neapol təmsilçisi hazırda 65 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.