A Seriyası təmsilçisi "Salernitana"nın yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Paulo Souza təyin edilib. O, istefaya göndərilən Davide Nikolanı əvəzləyib.

Qeyd edək ki, “Salernitana” İtaliya çempionatında hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.