“Milan” Antonio Konteyə ilinə 6 milyon avro olmaqla 3 illik müqavilə təklif edib.
Offsideplus.az xəbər verir ki, Konte “Çelsi” ilə müqavilə qarşılıqlı şəkildə ləğv edərsə, “Milan”ın baş məşqçisi olacaq.
Qeyd edək ki, London klubu 2021-ci ildə başa çatacaq müqaviləni birtərəfli qaydada pozub. Bu səbəbdən 48 yaşlı mütəxəssis məhkəməyə müraciət edərək “Çelsi”dən 9 milyon funt təzminat tələb edib.(qol.az)