“Salernitana” bir futbolçusu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, İtaliya klubu İvan Radovanoviçin müqaviləsinə xitam verib.

Yarımmüdafiəçi 2022-ci ilin yanvar ayının sonundan “Salernitana”da çıxış edir.

34 yaşlı futbolçunun hansı komandaya keçəcəyi dəqiq deyil.