“Nitsa”nın hücumçusu Mario Balotelli yenidən İtaliyaya qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçunu “Parma” transfer etmək istəyir.
Yeni mövsümdən A Seriyasında çıxış edəcək klub italiyalı futbolçu üçün Fransa təmsilçisinə 5 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü “Nitsa”da iki mövsümdə 43 qol vurub.(qol.az)