“Milan”ın baş məşqçisi Cennaro Qattuzonun klubdakı gələcəyinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, “rossonerilər”in yeni idman direktoru Leonardo 40 yaşlı mütəxəssisin komandada qalacağını təsdiqləyib.
“Rəhbərliklə eyni fikirdəyəm. Qattuzo baş məşqçi postunda qalacaq. Digər ehtimallar isə ümumiyyətlə müzakirə olunmayıb. Qattuzo məşqçi kimi yetişib, əsl “milanist”di. Ona görə də, vəzifəsinin icrasına davam edəcək” – deyə, Leonardo bildirib.
KİV-də daha öncə yayılan xəbərlərə görə, “Milan”ın səhmlərinin yeni sahibi “Eliott Management” klubda çoxsaylı kadr dəyişikliklərinə getmək niyyətində idi. Bu mənada klubun baş məşqçi postuna “Çelsi”nin sabiq çalışdırıcısı Antonio Kontenin gətiriləcəyi yazılırdı.(apasport.az)