İtaliyanın “Spetsiya” klubu heyətini yeni futbolçularla gücləndirib.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi latviyalı hücumçu Raymond Krollis ilə sloveniyalı yarımmüdafiəçi Tio Çipotu transfer edib.

 Latviya yığmasının hücumçusu olan Raymond Krollis bu ölkənin “Valmiera” klubundan transfer olunub. 21 yaşlı forvardla müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. “Spetsiya” bu transfer üçün “Valmiera”ya 1.5 milyon avro ödəyib.