"Latsio" klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin bombardiri Çiro İmmobile sıradan çıxıb.

Hücumçu vətərindən xəsarət alıb. Futbolçu qarşıdakı matçlarda komandaya kömək etməyəcək.

Həkimlər onun sağalması üçün ən azı 2 həftə vaxt lazım olacağını bildiriblər.