"İnter"in formasını geyinən erməni futbolçu Henrik Mxitaryan klubun televiziyasına müsahibəsində ölkəmizin ərasizinə qarşı təxribat nümayiş etdirib.

 Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçu haralı olduğu ilə bağlı suala cavab verərkən şəkil çəkib və qondarma “Dağlıq Qarabağ Respublikası”nı Ermənistanın bir hissəsi kimi qeyd edib. 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla saytımıza açıqlamasında Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən futbolçunun bu addımı ilə bağlı müvafiq orqanlara müraciət edəcəklərini açıqlayıb:

"AFFA məsələ barədə məlumatlıdır. Müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Zəruri hüquqi sənədlər hazırlanaraq gün ərzində UEFA və İtaliya Futbol Federasiyasına müraciətlər ünvanlanacaq".

Offsideplus.az