“Yuventus” klubu İtaliya A Seriyasının 17-ci turunda doğma meydanda “Udineze”ni 1:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, turinlilər çempionatda ardıcıl səkkizinci qələbəsini qazanıb.

"Opta Twitter" "Yuventus"un bu mövsüm müdafiə performansına diqqət çəkib. Məlum olub ki, İtaliya nəhəngi A Seriyasında rekord müəyyənləşdirməyə çox yaxındır. Belə ki, "Yuventus" 17 turda 12 dəfə qapısını toxunulmaz saxlayıb ki, rekord 1966/1967 mövsümündə 13 "quru oyun" keçirən "Kalyari"yə məxsusdur.