Meksika yığmasının qapıçısı Gilyermo Oçoa karyerasını İtaliyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı "əlcək sahibi" "Salernitana"ya keçəcək. 

Oçoanın hazırda məxsus olduğu "Amerika" klubu ilə müqaviləsi 31 dekabr tarixində başa çatır. O, A Seriyası təmsilçisinə azad agent statusu ilə keçəcək. Təcrübəli qolkiper "Salernitana" ilə mövsümün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalayacaq.