"Yuventus" klubunun yarımmüdafiəçisi Adrien Rabyo Madrid "Atletiko"suna keçə bilər.
Offsideplus.az xəbər verir ki, fransalı 2022-ci il dünya çempionatındakı çıxışı ilə Madrid klubunun diqqətini çəkib.
“Qoca sinyora” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan yarımmüdafiəçinin “Atletiko”ya keçib-keçməyəcəyi mundialdan sonra dəqiqləşəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu “Tuluza”da oynadıqdan sonra 2019-cu ildə “Yuventus”a keçib.