İtaliyanın “İnter” klubu yarımmüdafiə xəttini gücləndirmək üçün növbəti transferə hazırlaşır.

 


Offsideplus.az İtaliya mətbuatına istinadən yaydığı xəbər verir ki, “Roma”dan Raca Nainqqolanı heyətinə cəlb edən Milan təmsilçisi indi də “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidalla danışıqlara başlayıb.

Çilili futbolçunun da klubunu dəyişmək fikrində olduğu bildirilir.

Qeyd edək ki, Vidal 2015-c ildən Münhen klubunda çıxış edir.