"Milan" klubunun baş məşqçisi Stefano Pioli Luici Simoni adına mükafata layiq görülüb.

Offsideplus.az xəbər verir ki, mükafat İtaliyada ədalətli oyun və futbolun müsbət dəyərlərini təmsil etməyə görə verilir. Bu mükafat 2020-ci ilin mayında dünyasını dəyişən “İnter”, “Napoli” və “Torino” komandalarının keçmiş baş məşqçisi Luici Simoninin adını daşıyır. 

Budəfəki səsvermədə isə "Milan"ın baş məşqçisi Stefano Pioli qalib gəlib.