"Yuventus" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin əsas transfer hədəfi "Xetafe"də çıxış edən Enes Ünaldır. "Qoca sinyora" mövsümün sonunda La Liqa klubuna rəsmi təklif göndərəcək.

"Xetafe"nin türkiyəli forvard üçün 30 milyon avro tələb edəcəyi bildirilir.

Qeyd edək ki, Enes ÜNal ötən mövsüm İspaniya çempionatında 16 qol vurub.