Maro Balotellinin “Monako” klubuna transferi alınmayıb. 

Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu Fransa klubu ilə aparılan danışıqları dayandırıb. Hələlik bunun səbəbləri barədə açıqlama verilmir. 

“Nitsa”dan ayrılacağı dəqiq olan 27 yaşlı forvard yenidən İtaliyada çıxış edə bilər. Belə ki, “Roma”, “İnter” və “Latsio” Balotellinin xidmətində maraqlıdır.