"Yuventus" A seriyasında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, komanda 10-cu tur çərçivəsində səfərdə "Torino" ilə qarşılaşıb. Turin derbisi "Yuventus"un (0:1) qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, xallarını 16-ya yüksəldən "Yuventus" turnir cədvəlinin 7-ci pilləsində yer alıb. "Torino" isə 11 xalla 11-ci sıradadır.

"Torino" - "Yuventus" - 0:1

Qol: Duşan Vlahoviç, 74