"Yuventus" klubunun zədəli futbolçusu Anxel Di Mariyanın son durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun "Makkabi" (Hayfa) ilə matçında xəsarət alan argentinalı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Di Mariya bu mövsüm 7 oyunda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.