"İnter" futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Milan təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddətini artırmaq istəyir. Türk ulduzun meneceri danışıqlar üçün Milan şəhərindədir.
Qeyd edək ki, Çalhanoğlunun anlaşmasının müddəti 2024-cü ilə qədərdir. Sözləşmədə 1 illik yeniləmə seçimi var, "İnter" bu bənddən istifadə etmək niyyətindədir.