Son dönəmlərdə "Atalanta" ilə ayrılması barədə şayiələr dolaşan Merih Demiral ilə Avropanın bir çox nəhəng klubları maraqlanır.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, müdafiəçi axtarışında olan "İnter" qış transfer dönəmində türkiyəli oyunçu üçün təklif irəli sürəcək. İngiltərədən "Çelsi" klubu da 24 yaşlı müdafiəçi üçün hərəkətə keçib. "Atalanta" klubu Merihi satmaq istəməsə də, yaxşı təklif gəlsə, futbolçunu göndərə bilər.

Qeyd edək ki, "Atalanta" "Yuventus"dan icarəyə götürdüyü Merih Demiralı ötən mövsümün sonunda 20 milyon avroya satın alıb. 6 oyun keçirən Demiral, bütün matçlarda 90 dəqiqə meydanda olub, 1 qola imza atıb.