“İnter”in futbolçusu Marselo Brozoviç “Barselona”ya qarşı Çempionlar Liqasının hər iki oyununda iştirak edə bilməyəcək.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı oyunçu Xorvatiya yığmasının Avstriya ilə UEFA Millətlər Liqasının 6-cı tur matçında (3:1) zədələnib.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç oyundan sonra keçirilən mətbuat konfransında Brozoviçin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, “İnter” “Barselona”ya qarşı qrupdakı ilk oyununu oktyabrın 4-də səfərdə, növbəti görüşünü isə oktyabrın 12-də öz meydanında keçirəcək.