Anxel di Mariyanın durumu məlum olub.

Offsideplus.az xəbər verir ki, “Yuventus”un təcrübəli futbolçusu A seriyasında qarşıdakı iki oyunu buraxacaq.

Argentinalı yarımmüdafiəçi bu liqanın “Montsa” ilə oyununda (0:1) rəqib futbolçu Armando İtsonun qarnına dirsəyi ilə vurduğu üçün cəzalandırılıb. Di Mariya oktyabrın 2-də “Bolonya”, okyabrın 8-də isə “Milan”la keçiriləcək matçlarda komandasına kömək edə bilməyəcək.